image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-40f031f5-cfd7-4824-859b-3be80d961f5d

AZƏRBAYCANDA İNKİŞAF ETMİŞ İNVESTİSİYA MÜHİTİ FORMALAŞIB!

image-legitimaz-810x90

AZƏRBAYCANDA İNKİŞAF ETMİŞ İNVESTİSİYA MÜHİTİ FORMALAŞIB!

Sentyabrın 26-da cənab Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda təşkil olunan tədbir də məhz bu reallığın ifadəsi idi. Qlobal iqtisadiyyatda texnoloji yeniliklərin sürətlənməsi enerji resurslarına münasibəti də dəyişir. Artıq elektrik enerjisi yalnız sənaye müəssisələrinin və əhalinin gündəlik tələbatını ödəyən vasitə deyil, həm də rəqəmsal iqtisadiyyatın, ali intellektin və müasir məlumat emalı sistemlərinin inkişafını müəyyənləşdirən strateji resursdur. Bu reallıq enerji istehsalı imkanlarına malik ölkələr qarşısında yeni perspektivlər açır. Azərbaycan da öz enerji potensialını müasir texnologiyaların inkişafı ilə əlaqələndirərək qlobal iqtisadi proseslərdə mövqeyini möhkəmləndirməyə çalışır. Səmimi ikitərəfli siyasi və iqtisadi əlaqələr əsasında dünyanın əksər inkişaf etmiş dövlətləri ərazi bütövlüyü tam bərpa olunmuş Azərbaycanda müxtəlif istiqamətlərdə investisiya qoymağı plan¬laşdırır, investisiyalar qoyur. Bu, hər iki tərəf üçün əlverişli iqtisadi inkişaf anlamında eti¬barlı zəmin yaradır. İnvestisiya baxımından müxtəlif vaxtlarda beynəlxalq forumlar keçirilib. Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin imkanlarının beynəlxalq biznes ictimaiyyətinə təqdim edilməsi, həmçinin ölkənin qarşıdakı illər üçün iqtisadi inkişaf prioritetlərinin nümayiş etdirilməsi baxımından diqqət çəkdi. Cənab Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumda dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, qlobal investorlar, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin və biznes dairələrinin nümayəndələri iştirak etdilər.
Rəsmi məlumatda forumun əsas məqsədlərindən biri qlobal dəyişikliklər fonunda sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqların investisiyalar üçün əhəmiyyətini müzakirə etmək kimi təqdim olunub. Bu baxımdan Bakıda səslənən fikirlər sadəcə investorlarla aparılan dialoq deyildi. Burada Azərbaycanın son onilliklərdə keçdiyi iqtisadi yolun nəticələri ilə qarşıdakı mərhələnin hədəfləri bir-birinə bağlandı. Forumun moderatoru Adebayo Oqunlesinin Azərbaycan iqtisadiyyatının son iyirmi ildən artıq müddətdə keçdiyi inkişaf yolunu konkret göstəricilərlə təqdim etməsi diqqətəlayiq idi. Cənab Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində də vurğulandığı kimi, Azərbaycan texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı da investisiya əməkdaşlığının mühüm nəticələri kimi qiymətləndirir. Bu yanaşma iqtisadiyyatın gələcək modelinin mahiyyətini göstərir: sərmayə yalnız pul deyil, həm də bilik, texnologiya, idarəetmə təcrübəsi və insan kapitalıdır. Azərbaycanın qarşısında açılan imkanların başqa bir mühüm istiqaməti onun coğrafi mövqeyi ilə bağlıdır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycan artıq öz coğrafiyasını sadəcə yerləşmə faktı kimi deyil, iqtisadi üstünlük kimi təqdim edir. II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu mahiyyət baxımından dünyəvi bir prosesin da¬ha səmərəli inkişafını əhatələməklə Azərbaycan gerçəklikləri fonunda daha yaddaqalan, daha ta¬ri¬xi, daha dünyəvi oldu. Azərbaycanın yanaşması isə regional dəyər zəncirlərində daha böyük rolun əldə edilməsidir. Bunun üçün nəqliyyat infrastrukturu ilə yanaşı, rəqəmsallaşma və gömrük prosedurlarının sürətləndirilməsi də prioritetlər sırasındadır. Mövcud reallıqlar göstərir ki, neft-qaz sektorundan əldə olunan gəlirlərin digər sahələrin inkişafına yönəldilməsi, yeni istehsal və ixrac imkanlarının yaradılması və iqtisadiyyatın daha çox sahəyə söykənməsi strategiyası davam etdirilir. Azərbaycanın növbəti inkişaf mərhələsində əsas hədəfi kapitalın cəlb olunması ilə yanaşı, texnologiya, innovasiya, təcrübə, insan kapitalı və yeni bazarlara çıxış imkanlarının ölkə iqtisadiyyatına gətirilməsidir. Bu baxımdan Bakıdakı forumu tərəfdaşlıqlar üçün yeni imkanlar açır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının məsləhətçisi
Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki