image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-img-20260426-wa0035

Azərbaycan və Ukrayna arasında münasibətlər daha da dərinləşməkdədir

image-legitimaz-810x90

Azərbaycan və Ukrayna arasında münasibətlər daha da dərinləşməkdədir.

Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələr 31 yanvar 1992-ci ildə yaradılıb. 1996-cı ildə Ukraynanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Ukraynada səfirliyi açılıb. Azərbaycan və Ukrayna xalqları arasında əlaqələr uzun illərin tarixinə malikdir. Bu əlaqələrin təməli hələ XX əsrin əvvəllərinə, hər iki ölkənin Sovet İttifaqı tərkibində olduğu dövrə gedib çıxır. Bu illərdəki əlaqələr SSRİ tərkibində mərkəzləşdirilmiş şəkildə qurulsa da, xalqlar arasında qarşılıqlı ünsiyyət və əməkdaşlıq müəyyən səviyyədə inkişaf etmişdi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin mühüm nəticələrindən biri iqtisadi və xüsusilə enerji əməkdaşlığının strateji məzmununun daha aydın görünməsi oldu. Cənab Prezident İlham Əliyevin öz bəyanatında bu istiqamətə xüsusi yer ayırması da təsadüfi deyildi. Çünki bu gün Azərbaycanın beynəlxalq nüfuzu böyük ölçüdə onun enerji gücü, etibarlı tərəfdaş reputasiyası və sənaye potensialı ilə də bağlıdır. Qəbələdə keçirilən yüksək səviyyəli görüş və səsləndirilən bəyanatlar bir daha göstərdi ki, Azərbaycan ilə Ukrayna arasında münasibətlər təsadüfi siyasi təmaslar çərçivəsindən çoxdan çıxaraq ardıcıl və strateji xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata açıqlaması bu əməkdaşlığın həm mahiyyətini, həm də gələcək istiqamətlərini aydın və sistemli şəkildə təqdim etdi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılan danışıqların nəticələri göstərir ki, tərəflər mövcud əlaqələri sadəcə qorumaq deyil, onları keyfiyyətcə yeni mərhələyə çıxarmaq niyyətindədir. Azərbaycanın xarici siyasət strategiyasında dövlətimizin gücünü təcəssüm etdirən mühüm istiqamətlərdən biri humanitar diplomatiyadır. Bu, ölkəmizin humanist mövqeyini açıq şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan hər zaman yardıma ehtiyac duyan, çətin duruma düşən ölkələrin yanında olub.
Rəsmi Bakı Afrikadan Asiyaya, Avropadan Latın Amerikasına qədər müxtəlif regionlarda humanitar təşəbbüsləri ilə fərqlənib. Bunu Ukraynada baş verən hadisələr fonunda da görə bilərik. Hətta deyə bilərik ki, Azərbaycanın humanizm prinsiplərinə sadiqliyi Ukrayna böhranında özünü daha qabarıq şəkildə göstərir. Ukraynadan olan 500-dən artıq uşaqın reabilitasiya proqramlarının həyata keçirilməsini buna misal göstərmək olar. Yeri gəlmişkən, bu çərçivədə bir sıra humanitar layihələr həyata keçirilib və Ukrayna uşaqlarının mütəmadi olaraq Azərbaycana gəlməsi bu prosesə müsbət töhfə verib. Cənab Prezident İlham Əliyevin çıxışı Azərbaycan ilə Ukrayna arasında münasibətlərin ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdiyini nümayiş etdirir. Bu əlaqələr artıq sadəcə tərəfdaşlıq deyil, qarşılıqlı maraqlara əsaslanan geniş əməkdaşlıq platformasına çevrilib. Siyasi dialoqun davamlılığı, iqtisadi layihələrin genişlənməsi və yeni sənaye istiqamətlərinin formalaşması bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Qəbələ görüşü isə bu prosesin mühüm mərhələlərindən biri kimi yadda qalır və iki ölkə arasında strateji yaxınlaşmanın davamlı xarakter aldığını bir daha təsdiqləyir. Hazırkı mərhələdə Azərbaycan və Ukrayna arasında münasibətlər daha da dərinləşməkdədir. Regional təhlükəsizlik məsələləri, enerji marşrutlarının genişləndirilməsi və yeni iqtisadi layihələr əməkdaşlığın əsas istiqamətləri olaraq qalır. Xüsusilə dəyişən geosiyasi şərait fonunda bu iki ölkənin bir-birinə olan ehtiyacı artır. Qarşılıqlı dəstək, strateji tərəfdaşlıq və ortaq maraqlar gələcək əməkdaşlığın əsasını təşkil edir. Əminik ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin öıləmizə səfəri Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki