“İsveçrə humanitar mina təmizləmədə iştirak edir. Mina insanların yaşayışına ciddi maneə yaradır. Bu, dövlətlər üçün müəyyən problemlər yaradır”.
Xeberaz.info xəbər verir ki, bu fikirləri Bakıda mətbuat konfransında İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis deyib.
O qeyd edib ki, ATƏT-in adından konkret fikir bildirə bilməz.
Ceyhun Bayramov isə vurğulayıb ki, Azərbaycan mina problemi ilə demək olar ki, təkbaşına mübarizə aparır:
“Miqyası nəzərə alsaq, beynəlxalq dəstək çox kiçikdir. ATƏT-in bu sahədə ciddi potensialı və təcrübəsi var. Bizim gözləntimiz ölkəmizə bu istiqamətdə dəstək göstərilməsidir”.




















