image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyur

image-legitimaz-810x90

Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Artıq ölkənin müxtəlif ərazilərində günəş və külək elektrik stansiyaları fəaliyyət göstərir. Qarşıdakı illərdə bu istiqamətdə layihələrin daha da genişləndirilməsi nəzərdə tutulur. “Yaşıl enerji”nin inkişafı bir tərəfdən elektrik enerjisi istehsalını artıracaq, digər tərəfdən isə təbii qazdan elektrik istehsalı üçün daha az istifadə edilməsinə imkan verəcək. Qənaət olunan qazın ixraca yönəldilməsi isə ölkənin iqtisadi gəlirlərinin artmasına şərait yarada bilər.

Azərbaycanın coğrafi mövqeyi ölkəmizə böyük üstünlüklər verir. Ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat marşrutlarının üzərində yerləşir.Son illərdə həyata keçirilən böyük infrastruktur layihələri Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Dəmir yollarının yenilənməsi və elektrikləşdirilməsi, yeni avtomobil yollarının çəkilməsi, beynəlxalq hava limanlarının tikilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inkişaf etdirilməsi bu istiqamətdə görülən əsas işlərdəndir.

Azərbaycanın dənizə birbaşa çıxışı olmayan ölkə olmasına baxmayaraq, Xəzər dənizindən və qurulan müasir nəqliyyat infrastrukturundan səmərəli istifadə etməsi ölkəmizi mühüm logistika mərkəzinə çevirir.Bu imkanlar gələcəkdə tranzit daşımaların artmasına, ölkəyə əlavə gəlirlərin daxil olmasına və yeni xidmət sahələrinin yaranmasına səbəb ola bilər.

Gələcək iqtisadi inkişaf yalnız ənənəvi sahələrlə məhdudlaşmır. Dünyada rəqəmsal texnologiyalar, süni intellekt və yeni texnoloji həllər sürətlə inkişaf edir. Azərbaycan da bu dəyişikliklərə uyğun olaraq rəqəmsal iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir. Süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal xidmətlər qarşıdakı illərdə iqtisadiyyatın mühüm istiqamətlərindən birinə çevrilə bilər.

Ölkəmizdə enerjinin nisbətən əlçatan olması böyük data mərkəzlərinin yaradılması üçün də imkanlar yaradır. Bu isə Azərbaycanın rəqəmsal xidmətlər bazarında mövqeyinin güclənməsinə şərait yarada bilər. Mədənçilik sahəsində də yeni imkanların araşdırılması nəzərdə tutulur. Azərbaycanda mövcud olan faydalı qazıntı yataqlarının öyrənilməsi və müasir texnologiyalardan istifadə etməklə onların iqtisadi dövriyyəyə cəlb edilməsi yeni investisiyaların və iş yerlərinin yaranmasına səbəb ola bilər.

Dünyada iqlim dəyişiklikləri, su ehtiyatlarının azalması və ərzaq qiymətlərinin dəyişməsi kənd təsərrüfatının əhəmiyyətini daha da artırıb.Bunun üçün kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, suvarma sistemlərinin təkmilləşdirilməsi, məhsuldarlığın artırılması və fermerlərə dəstəyin davam etdirilməsi vacibdir. Bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi həm kənd təsərrüfatının inkişafına, həm də regionlarda yeni iş yerlərinin yaranmasına kömək edə bilər. Azərbaycan da bu prosesdən kənarda qalmır. Ölkəmizin günəş və külək enerjisi baxımından böyük imkanları var. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda böyük külək enerjisi potensialının olması ölkəmiz üçün mühüm üstünlükdür.

 

Gülnaz Məmmədova – Zərdab şəhər sakini, təqaüdçü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki