image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan dilinin orfoqrafiya normaları

image-legitimaz-810x90

Azərbaycan dilinin orfoqrafiya normaları

 

Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının vahid şəkildə tətbiq olunması və yazı mədəniyyətinin inkişaf etdirilməsi dövlət dil siyasətinin mühüm istiqamətlərindən biridir. Orfoqrafiya normaları yalnız sözlərin düzgün yazılış qaydalarını müəyyən edən texniki sənəd deyil, həm də Azərbaycan ədəbi dilinin sabitliyini, vahidliyini və inkişafını təmin edən mühüm hüquqi və elmi əsasdır. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, elektron media resurslarının geniş yayılması və ictimai ünsiyyət imkanlarının artması Azərbaycan dilinin yazı normalarının dəqiqləşdirilməsini və vahid şəkildə tətbiqini daha da zəruri etmişdir. Azərbaycan Respublikasında dövlət dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin tərkib hissəsi kimi Azərbaycan dilinin orfoqrafiya normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin qərarın qəbul edilməsi Azərbaycan ədəbi dilinin yazılı normalarının müasir dövrün tələblərinə uyğunlaşdırılması, sözlərin yazılışında vahidliyin təmin olunması və rəsmi yazışmalarda, təhsil sistemində, elmi fəaliyyət sahələrində, kütləvi informasiya vasitələrində və nəşriyyat işində eyni orfoqrafiya qaydalarının tətbiqinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təsdiq edilmiş orfoqrafiya normaları Azərbaycan əlifbasının tətbiqi prinsiplərini, sözlərin bitişik, ayrı və defislə yazılması qaydalarını, böyük və kiçik hərflərin işlədilməsini, ixtisarların yazılışını, alınma sözlərin yazılış xüsusiyyətlərini, xüsusi adların və coğrafi adların yazılış prinsiplərini, eləcə də müasir dil praktikası zamanı yaranan digər yazı məsələlərini sistemli şəkildə tənzimləyir. Bu normalar Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarına, elmi dilçilik prinsiplərinə və uzun illər formalaşmış yazı ənənələrinə əsaslanır. Orfoqrafiya normalarının vahid şəkildə tətbiqi dövlət idarəçiliyində sənədləşmənin keyfiyyətinin yüksəldilməsinə, qanunvericilik aktlarının düzgün tərtibinə, təhsil prosesində şagird və tələbələrin savadlı yazı vərdişlərinin formalaşdırılmasına, kütləvi informasiya vasitələrində və rəqəmsal platformalarda Azərbaycan ədəbi dilinin normalarına riayət olunmasına mühüm töhfə verir. Xüsusilə elektron informasiya mühitinin genişləndiyi müasir dövrdə vahid orfoqrafiya qaydalarının mövcudluğu dövlət dilinin nüfuzunun və yazılı nitq mədəniyyətinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dilinin orfoqrafiya normaları dilin daim inkişaf edən canlı sistem olduğunu nəzərə alaraq hazırlanmışdır. Cəmiyyətin inkişafı, elm və texnologiyanın tərəqqisi nəticəsində dilə daxil olan yeni söz və anlayışların yazılışının vahid prinsiplər əsasında tənzimlənməsi, eyni zamanda milli dilin saflığının qorunması bu normaların əsas məqsədlərindəndir. Bu baxımdan orfoqrafiya qaydaları həm ənənəvi dil normalarını qoruyur, həm də müasir dövrün tələblərinə uyğun yenilənmə imkanlarını özündə ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya normalarına riayət olunması hər bir dövlət orqanının, təhsil müəssisəsinin, kütləvi informasiya vasitəsinin, nəşriyyatın və bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir. Ana dilində düzgün yazmaq təkcə savad göstəricisi deyil, həm də milli-mənəvi dəyərlərə, dövlət dilinə və dövlətçilik ənənələrinə hörmətin ifadəsidir. Orfoqrafiya qaydalarına əməl edilməsi Azərbaycan dilinin zənginliyinin, ifadə imkanlarının və ədəbi dil normalarının gələcək nəsillərə düzgün şəkildə ötürülməsini təmin edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət dili siyasəti çərçivəsində Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarının möhkəmləndirilməsi və dövlət dilinin bütün sahələrdə düzgün tətbiqi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Bu siyasətin mühüm tərkib hissəsi olan 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Nazirlər Kabineti Qərarı ilə təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya normaları” müasir Azərbaycan yazı mədəniyyətinin inkişafına, dövlət dilinin vahid standartlar əsasında tətbiqinə və milli dil siyasətinin uğurla həyata keçirilməsinə mühüm töhfə verən əsas normativ sənədlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki