image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-d9e4ddc7-d9dd-4630-98b4-6261c822a826

Azad edilmiş Laçın artıq yeni sima qazanır

image-legitimaz-810x90

Azad edilmiş Laçın artıq yeni sima qazanır

 

Azərbaycanın tarixində və qəlbində xüsusi yeri olan Laçın qədimliyi, zəngin təbiəti, strateji əhəmiyyəti və keşməkeşli taleyi ilə seçilən doğma yurd yerlərimizdən biridir. İllər boyu düşmən işğalı altında qalan Laçın bu gün yenidən azaddır, öz sahibinə qovuşub və yeni inkişaf mərhələsinə qədəm qoyub. 26 avqustun Laçın şəhəri günü kimi qeyd olunması həm tarixi qələbəmizin, həm də doğma torpaqlarımıza dönüşümüzün rəmzidir. Laçın uzun illər Azərbaycan xalqının həsrətində qalan şəhərlərindən biri olmuşdur. 1992-ci ildə Ermənistan tərəfindən işğal edilən rayon və şəhər sakinləri öz doğma yurdlarından didərgin düşmüş, illərlə məcburi köçkün həyatı yaşamağa məcbur olmuşlar. Laçınlılar bu illər ərzində doğma evlərinə, küçələrinə, dağlarına və bulaqlarına qayıdacaqları günü böyük ümidlə gözləmişlər. Onların bu arzusu Azərbaycan xalqının qətiyyəti və dövlətimizin gücü sayəsində gerçəkləşdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş nöqtəsi oldu. Qarabağın bir çox əraziləri işğaldan azad edildi. Daha sonra Laçın şəhəri və rayonun digər yaşayış məntəqələri də Azərbaycanın tam nəzarətinə qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhərinin nəzarətə götürülməsi xalqımız üçün böyük sevinc və qürur günü oldu. Həmin gün Laçının azadlığa qovuşması bir daha göstərdi ki, Azərbaycan öz torpaqlarını heç vaxt unutmayıb və bu torpaqlara sahib çıxmağa hər zaman qadir olub. Laçın təkcə strateji baxımdan deyil, həm də təbiətinin gözəlliyi ilə Azərbaycanın ən zəngin bölgələrindən biridir. Dağları, meşələri, çayları, bulaqları və saf havası ilə Laçın həmişə seçilib. Bu qədim diyar özünün gözəl təbiəti, zəngin mədəniyyəti, adət-ənənələri və qonaqpərvər insanları ilə ölkəmizin ayrılmaz hissəsidir. İşğal dövründə Laçının təbiətinə, tarixi abidələrinə və yaşayış məntəqələrinə ciddi ziyan vurulmuşdur. Lakin bu gün həmin torpaqlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.

Azad edilmiş Laçın artıq yeni sima qazanır. Şəhərdə və rayonun digər yaşayış məntəqələrində yollar, yaşayış evləri, məktəblər, xəstəxanalar, inzibati binalar və digər sosial obyektlər tikilir. Elektrik, su, rabitə və digər infrastruktur sahələri yenidən qurulur. İnsanların doğma torpaqlarına qayıtması üçün hər cür şərait yaradılır. Böyük Qayıdış proqramı çərçivəsində laçınlıların öz ata-baba yurdlarına qayıtması artıq bir arzudan reallığa çevrilib. Laçın şəhərinin yenidən qurulması təkcə binaların tikilməsi demək deyil. Bu, bütöv bir həyatın yenidən canlandırılmasıdır. İllərlə doğma yurd həsrəti çəkən insanların öz evlərinə qayıtması, uşaqların doğma şəhərində məktəbə getməsi, insanların öz torpaqlarında işləyib yaşaması ən böyük xoşbəxtlikdir. Laçında həyatın yenidən başlaması Azərbaycanın qələbəsinin ən gözəl nəticələrindən biridir.

 

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki