2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələyə çevrildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi də bu müharibənin ən mühüm hadisələrindən biri oldu. 27 il işğal altında qalan Cəbrayıl rayonunun azadlığı uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində ərazidə bir sıra yaşayış məntəqələri düşmən işğalından azad edildi.
2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər – Cəbrayıl şəhəri və 90 kənd işğaldan azad olundu.
Cəbrayılın azad edilməsi Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Rayonun işğaldan azad olunması ilə onun gələcək bərpası və yenidən qurulması üçün yeni mərhələnin əsası qoyuldu. Bu gün Cəbrayılın dirçəldilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir.
Şirinov Elçin – Zərdab şəhər sakini, pensiyaçı























