Ən son xəbərlər:

10.10.2022/21:29/ Ukrayna Aİ-yə elektrik enerjisi ixracını dayandırır

11 oktyabrdan etibarən Ukrayna Aİ-yə elektrik enerjisinin ixracını dayandırır. Bu qərarın səbəbi istilik generasiyasının və elektrik yarımstansiyalarının  raket atəşləri ilə vurulması olub.

Elektrik enerjisinin ixracının dayandırılması Ukraynaya öz enerji sistemini sabitləşdirmək üçün lazımdır.

Bildirilir ki, 10 oktyabr səhər tezdən RF Silahlı Qüvvələri Jitomir, Poltava, Roven və Kiyev vilayətlərində, həmçinin Dnepropetrovsk, Ivano-Frankovsk, Ternopol, Xmelnitsky, Konotope, Kremençuq və Kropivnitski kimi şəhərlərin kritik vacib infrastrukturlarını raket atəşinə tutub.  Bundan əlavə, Xarkov və Lvovda enerji infrastrukturu obyektlərində partlayışlar baş verib.  Kiyevdəki İstilik Elektrik Stansiyasında yanğın baş verib