Ən son xəbərlər:

08.05.2024/ 18:17/ Zəngəzur dəhlizinin açılması Ermənistana əlavə gəlir əldə etməyə kömək edəcək

Zəngəzur dəhlizinin açılması Ermənistana əlavə gəlir əldə etməyə kömək edəcək

Zəngəzur dəhlizinin açılması Ermənistana Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqla yanaşı, həm də tranzit ödənişlərindən əlavə gəlir əldə etməyə kömək edər. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “Zeit” qəzetinə müsahibəsində deyib.

Bu yolla Ermənistan da təcrid vəziyyətindən çıxa bilər. Rəsmi İrəvan Zəngəzurdan keçən avtomobil və dəmir yolundan imtina etsə, Azərbaycan da İran ərazisindən də analoji marşrut çəkəcək. Biz İrandan daha cənuba doğru yol və dəmir yolu çəkə bilərdik və bu, cəmi on kilometr uzun olardı, – Əmirbəyov belə bildirib.