Ən son xəbərlər:

08.05.2024/ 17: 37/ Tbilisidəki mitinqlərdə təxribatlar hazırlanır

Tbilisidəki mitinqlərdə təxribatlar hazırlanır

Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı mitinqlərin təşkilatçıları Ukrayna tərəfində döyüşən gürcü könüllüləri də cəlb etməklə təxribatlar hazırlayır. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bəyanatında deyilir.

Müəyyən qruplar Gürcüstan parlamentinin yaxınlığında keçirilən mitinqlərdə dağıdıcı və zorakılıq ssenariləri hazırlamaq olan və xaricdən konkret siyasi parlament və qeyri-hökumət təşkilatları tərəfindən maliyyələşdirilən təxribatlar təşkil etməyə çalışırlar.  Bu cinayət planlarına xaricdə olan Gürcüstan vətəndaşları, xüsusən də Ukraynada döyüşən gürcülərin müəyyən hissəsi daxildir, – məlumatda belə deyilir.