Ən son xəbərlər:

10.05.2024/ 17: 37/ Yerevanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb

Yerevanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə vətəndaş itaətsizliyi və tətillər başlayıb. Etiraz aksiyaları yerli xəbər portallarında real vaxt rejimində yayımlanır.

Hazırda “Vətən uğrunda Tavuş” hərəkatının lideri arxiyepiskop Baqratın rəhbərlik etdiyi minlərlə nəfərlik kortej universitetlərə yaxınlaşaraq tələbələri mübarizəyə qoşulmağa çağırır.

Yerevan Dövlət Universitetinin tələbə şurasının rəhbəri Xaçik Abajyanın sözlərinə görə, ölkənin əsas universitetində tədris prosesi dayandırılıb, tələbələr tətilə çıxıb və müxalifətin yürüşünə qoşulublar.

“Vətən üçün Tavuş” hərəkatı ilə əlaqəli Telegram kanallarında etirazçıların paytaxt küçələrini bağladığını əks etdirən videolar yayımlanır.