Ən son xəbərlər:

10.05.2024/ 17: 45/ Hindistan Maldiv adalarından hərbi personalını çıxartdı

Hindistan Maldiv adalarından hərbi personalını çıxartdı

Hindistan hərbi personalını Maldiv adalarından çıxarmağı başa çatdırıb. Bu barədə “Sun” onlayn portalı Maldiv Prezident Administrasiyasının rəsmi nümayəndəsi Hina Validə istinadən məlumat yayıb.

Administrasiyanın rəsmi nümayəndəsi bildirib ki, ölkədə yerləşən Hindistan əsgərlərinin son qrupu Maldiv adalarını tərk edib. Prezident administrasiyasının sözçüsü ada respublikasını tərk edən hindistanlı hərbçilərin sayını dəqiqləşdirməyib.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisvalın daha əvvəl bildirdiyi kimi, Maldiv adalarında Hindistan hərbi qulluqçuları texniki mütəxəssislərlə əvəzlənib. Onlar ora iki Dhruv helikopteri və Hindistan istehsalı olan bir Dornier 228 təyyarəsi, eləcə də dəniz patrul gəmisi daxil olan aviasiya platformaları adlanan platformalara qulluq etmək üçün göndərilir. Hindistan Xarici İşlər Nazirliyi bu avadanlıqların yerli əhaliyə yardım göstərmək üçün humanitar məqsədlər üçün istifadə edildiyini vurğulayıb.

Hindistan və Maldiv mediasına görə, ümumilikdə, Maldiv adalarında 80-dən 90-a qədər hindistanlı hərbçi olub. Rəsmi olaraq mayın 10-a qədər son çıxarılma tarixi təyin edilib.