Ən son xəbərlər:

10.05.2024/ 17: 53/ Çin şirkəti Macarıstanda ilk elektrik avtomobilləri istehsalına başlayacaq

Çin şirkəti Macarıstanda ilk elektrik avtomobilləri istehsalına başlayacaq

Çinin BYD şirkətinin Avropada istehsal olunan ilk elektrik avtomobilləri Macarıstanın Seqed şəhərindəki zavodun konveyerindən 2025-ci ilə kimi çıxa bilər. Bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Çin sədri Si Cinpini Budapeştə səfəri zamanı müşayiət edən nümayəndə heyətinin tərkibində olan BYD nümayəndələri ilə görüşdən sonra bildirib.

Macarıstanın Avropadakı iqtisadi çəkisi avtobus zavodundan sonra BYD-nin Macarıstanda ilk Avropa elektrik avtomobili zavodunu qurması sayəsində əhəmiyyətli dərəcədə artacaq. Lazımi icazələrin alınması şərti ilə Seqed şəhərində tikinti işlərinə başlanılıb və infrastrukturun tikintisi davam etdirilir, ona görə də gələn il artıq BYD-nin ilk modelləri zavodun konveyerindən çıxarıla bilər, – XİN rəhbəri belə bildirib.