Ən son xəbərlər:

08.05.2024/ 17: 57/ Mayın 10-da Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü olacaq

Mayın 10-da Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşü olacaq

Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin təşviqinə yardım etməyə davam etməyə hazırdır.

Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilməsi planlaşdırılan görüşünü alqışlayır. Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova xatırladıb ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın  baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Zaxarova əlavə edib ki, danışıqların gündəliyinə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri daxildir.

Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqlar mayın 10-da Almatıda keçiriləcək. İki ölkə arasında danışıqların Qazaxıstanda aparılması ideyası respublika prezidenti Kasım-Jomart Tokayev tərəfindən Ermənistan və Azərbaycana son səfərləri zamanı irəli sürülüb.