Ən son xəbərlər:

06.05.2024/ 17: 15/ Qərb qoşunlarının Ukraynaya gəlməsi Rusiyanın reaksiyasına və qlobal fəlakətə səbəb ola bilər

Qərb qoşunlarının Ukraynaya gəlməsi Rusiyanın reaksiyasına və qlobal fəlakətə səbəb ola bilər

Qərb ölkələrindən Ukraynaya qoşun yeritmək bu dövlətlərin birbaşa Rusiyaya qarşı müharibəyə girməsi olacaq və qlobal fəlakətlə nəticələnəcək. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev belə bildirib.

Medvedev əlavə edib ki, bu halda Qərb ölkələrinin liderləri  nə ABŞ Konqresinin iqamətgahı Kapitoliya təpəsinə (TASS qeydi), nə də Fransa prezidentinin iqamətgahı Yelisey Sarayına (TASS qeydi) və ya Böyük Britaniya baş nazirinin iqamətgahının yerləşdiyi Dauninq küçəsi, 10-na  (TASS qeydi) sığına bilməyəcəklər. “Qlobal fəlakət baş verəcək”, – Medvedev belə yekunlaşdırıb.