Ən son xəbərlər:

10.05.2024/ 18: 03/ AB-nin Aralıq dənizi hövzəsində ədalətlilik siyasəti yürütməsi son dərəcə vacibdir

10.05.2024/ 18: 03/ AB-nin Aralıq dənizi hövzəsində  ədalətlilik siyasəti yürütməsi son dərəcə vacibdir

Avropanın Qəzza zolağında böhranın həlli istiqamətində apardığı siyasət Avropa dəyərlərinə inamı sarsıdıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da qeyd olunan Avropa Günü münasibətilə deyib.

15 mini uşaq olmaqla 35 min fələstinlinin ölümünə səbəb olan Qəzza böhranı kontekstində bəzi Avropa qurumları və ölkələrinin yürütdüyü siyasətlər Avropa dəyərlərinə inamı sarsıdıb. Avropaya və ortaq coğrafiyamıza təsir edən böhranlar, münaqişələr və müharibələr həll edilmədikcə, bu dəyərlərə dair şübhələr daha da artacaq, – Ərdoğanın mesajında  belə deyilir. Bu, Türkiyə liderinin administrasiyasının kommunikasiya şöbəsi tərəfindən yayılıb.

Onun fikrincə, hazırkı geosiyasi şəraitdə Avropa İttifaqının həm geniş Avropa coğrafiyası daxilində, həm də Aralıq dənizi hövzəsində inklüzivlik, əməkdaşlıq və ədalətlilik siyasəti yürütməsi son dərəcə vacibdir.