Ən son xəbərlər:

08.05.2024/ 17: 50/ Çin Kosovo məsələsində Serbiyanı dəstəkləyir

Çin Kosovo məsələsində Serbiyanı dəstəkləyir

Çin Serbiya hökumətini Kosovo məsələsində ölkənin ərazi bütövlüyünü qorumaq üçün gördüyü tədbirlərdə dəstəkləyir. Bu barədə Çin Prezidenti Si Cinpin Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə sənədlərin imzalanması mərasimindən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib.

Çin Serbiyanın müstəqilliyini qorumaqda və onun milli şəraitinə uyğun inkişaf yolu tutmaqda dəstəkləyir. ÇXR həmçinin Serbiyanın Kosovo məsələsində öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək səylərini dəstəkləyir, – ÇXR sədri belə qeyd edib.