Ən son xəbərlər:

07.05.2024/ 17: 35/ Aİ ilə münasibətlər üçün Ermənistan heç kimdən icazə istəməyəcək

Aİ ilə münasibətlər üçün Ermənistan heç kimdən icazə istəməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan müstəqil qərarlar verir və heç kimlə, xüsusən də Aİ ilə münasibətləri inkişaf etdirmək üçün icazə istəməməlidir.

Biz məsləhətləşməyə, müzakirə etməyə, dialoq aparmağa hazırıq, lakin kiminlə münasibətləri inkişaf etdirmək barədə icazə istəməyək. Biz müstəqil dövlətik və münasibətləri bu əsasda quracağıq, – Paşinyan mətbuat konfransında Aİ ilə əlaqələrin inkişafı ilə bağlı sualı cavablandırarkən belə deyib.