Ən son xəbərlər:

07.05.2024/ 18: 03/ Fon der Leyen Aİ raketdən müdafiə sistemi yaratmaq niyyətindədir

Fon der Leyen Aİ raketdən müdafiə sistemi yaratmaq niyyətindədir

Ursula fon der Leyen yenidən Avropa Komissiyasının (AK) prezidenti seçiləcəyi təqdirdə Avropanın Raket Hücumundan Müdafiə Sistemi (ABM) layihəsini təşviq etmək niyyətində olduğunu açıqlayıb.

Mayın 7-dən 9-dək Polşanın Katovitse şəhərində keçiriləcək Avropa İqtisadi Konqresinin açılışında fon der Leyen, Mən öz imkanlarımızı və təcrübəmizi paylaşa biləcəyimiz əsl Avropa raketdən müdafiə sistemi haqqında düşünürəm deyib. Avropa Komissiyasının rəhbərinin çıxışını TVP İnfo yayımlayıb.

Fon der Leyen qeyd edib ki, yenidən seçilərsə, Aİ-nin ümumi müdafiə siyasəti sahəsində  bir neçə layihə təklif edəcək.

Avropa Komissiyasının səlahiyyət müddəti noyabrda başa çatır. Onun sədri Aİ-nin dövlət və hökumət başçılarının sammitinin qərarı ilə təyin edilir. Avropa İttifaqının tarixində ilk dəfə 2019-cu ildə Avropa Parlamentinə seçkilərin nəticələrinə əsasən AK rəhbərinin təyin edilməsi cəhdi uğursuz oldu. AB liderləri millətlərüstü partiyalardan seçilən bütün namizədlərin namizədliyini rədd etdi və fon der Leyeni seçdi.