Ən son xəbərlər:

07.05.2024/ 18: 09/ Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər

Ermənistanda Rusiya telekanallarının yayımı dayandırıla bilər

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya telekanalları Ermənistanın daxili həyatına hörmətsizlik etsələr, onların yayımı qadağan olunacaq.

İmzalanmış sazişlərə əsasən, biz Rusiya kanallarından Ermənistana və onun maraqlarına hörmət etməyi xahiş edirik. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslanaraq, biz dəfələrlə xahiş etməyə, sonra bir neçə dəfə tələb etməyə hazırıq. Əgər yeddinci dəfədən sonra tələbimizə məhəl qoyulmasa, o zaman bütün bu kanallar bağlanmalı və onların Ermənistanda yayımı dayandırılmalıdır, – o, mətbuat konfransında belə bildirib.