Ən son xəbərlər:

09.04.2023/18:29/ İsrail ukraynalı qaçqınlar üçün viza müddətini uzadıb

İsrail ukraynalı qaçqınlar üçün viza müddətini uzadıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İsrailin baş naziri Benyamin Netanyahu Ukraynadan olan qaçqınlara vizaların qüvvədə olma müddətini, tibbi xidmət və sosial dəstəyin göstərilməsini uzatmaq qərarına gəlib. Bu barədə bazar günü İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.

Baş nazir Benyamin Netanyahu vəziyyəti qiymətləndirdikdən sonra ukraynalı qaçqınlara humanitar yardımı daha da genişləndirmək, o cümlədən vizaların uzadılması, tibbi xidmətlər və sosial dəstək göstərmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.