Ən son xəbərlər:

06.05.2024/ 16: 51/ Qəzzadakı böhran yeni müharibələrə səbəb ola bilər

Qəzzadakı böhran yeni müharibələrə səbəb ola bilər

Türkiyənin xarici işlər naziri Qəzzadakı böhranın yeni müharibələrə səbəb ola biləcəyinə inanır. Beynəlxalq ictimaiyyət bundan dərs almasa, Qəzzada indiki böhran sonuncu ola bilməz. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib.

Qəzzada baş verən faciədən dərs almasaq, iki dövlətli həll yoluna gəlməsək, bu Qəzzada son müharibə olmayacaq. Bizi başqa müharibələr və göz yaşları gözləyir, – “Anadolu” agentliyi nazirin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sitat gətirir.

Biz İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik. Təkcə Həmas deyil, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin yaradılmasına hazırdırlar, – Fidan belə bildirib.