Ən son xəbərlər:

06.05.2024/ 16:23/ Bosfor boğazı ilə nəqliyyatın hərəkəti dayandırılıb

Bosfor boğazı ilə nəqliyyatın hərəkəti dayandırılıb

Bosforun şimal hissəsində gəmi qəzası səbəbindən Boğazdan keçən gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“64 metrlik Kamerun bayraqlı “Brabus” yük gəmisi Trabzondan Bandırma istiqamətində hərəkət edərkən Bosfor  boğazının şimal girişi yaxınlığında sükan çarxında nasazlıq keçirib. Bosfor ilə hər iki istiqamətdə gəmilərin hərəkəti müvəqqəti dayandırılıb, – idarədən belə bildirilib.

Dərhal gəmiyə yedək gəmisi və xilasedici qayıq göndərilib. “Brabus” gəmisi gəmiçilik zolağından təhlükəsiz əraziyə çəkildikdən sonra boğaz yenidən dəniz nəqliyyatı üçün açılacaq.