Ən son xəbərlər:

09.04.2023/18:27/ Amerikanın Tayvan boğazında sülhü təmin etmək üçün kifayət qədər vəsaiti var

Amerikanın Tayvan boğazında sülhü təmin etmək üçün kifayət qədər vəsaiti var.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki,  ABŞ Dövlət Departamenti bildirib ki, Amerikanın Tayvan boğazında sülhü təmin etmək üçün kifayət qədər vəsaiti var

Birləşmiş Ştatların Tayvan boğazında sülh və sabitliyi təmin etmək üçün kifayət qədər vasitə və imkanları var. Bunu şənbə günü Dövlət Departamentinin sözçüsü Çinin bölgədəki təlimlərini şərh edərkən bildirib.

Çin ilə əlaqə kanallarımız açıq qalır və biz həmişə təmkinli olmağa, eləcə də status-kvonun dəyişməsinə imkan verməməyə çağırmışıq, – diplomat belə bildirib.

Biz əminik ki, regionda sülh və sabitliyi təmin etmək, həmçinin milli təhlükəsizliklə bağlı öhdəliklərimizi yerinə yetirmək üçün kifayət qədər resurs və imkanlarımız var, – deyən ABŞ rəsmisi əlavə edib ki, ABŞ Pekinin hərəkətlərini diqqətlə izləyir.