Ən son xəbərlər:

09.04.2023/17:04/ Türkiyə Azərbaycanla birlikdə Avropaya qaz tədarük etməyi gözləyir

Türkiyə Azərbaycanla birlikdə Avropaya qaz tədarük etməyi gözləyir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Türkiyə Azərbaycanla birlikdə Avropa ölkələrinə qaz tədarük etməyi gözləyir.

“Biz Avropaya qaz tədarük edəcəyik. Biz bəyan etmişik ki, qaz ticarətinin mərkəzinə çevriləcəyik. Azərbaycan da bunu dəstəkləyir. Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Bu məsələdə biz birlikdə hərəkət edəcəyik”, – deyə CNN Türk-ə müsahibəsində Fatih Dönməz belə bildirib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Macarıstana səfəri zamanı demişdi ki, Azərbaycan 100 il ərzində Avropanın etibarlı enerji təchizatçısı olaraq qala bilər.

Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü Avropa Departamentinin direktoru Yuri Pilipson Türkiyədə qaz qovşağı layihəsinin həyata keçirilməsinin qlobal enerji bazarlarına stabilləşdirici təsir göstərəcəyini vurğulayıb.