Ən son xəbərlər:

09.04.2023/16:44/ KXDR iki gündür Cənubi Koreya ilə hərbi xəttlə əlaqə saxlamır

KXDR iki gündür Cənubi Koreya ilə hərbi xəttlə əlaqə saxlamır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Şimali Koreya iki gündür Cənubi Koreya ordusunun zənglərinə cavab vermir, Pxenyan isə Koreyalararası rabitə xətti ilə əlaqə saxlamır. Bu barədə mənbələrə istinadən Yonhap agentliyi məlumat yayıb.

“Şimali Koreya səhər və günorta saatlarında iki tərəf arasında edilən müntəzəm zənglərə cavab verməyib”, – məlumatda belə deyilir.

Qeyd olunur ki, Pxenyan aprelin 8-i şənbə günü hərbi və Koreyalararası rabitə ilə əlaqə saxlamayıb.

Cənubi Koreya nümayəndəsi bildirib ki, Seul vəziyyəti izləməyə davam edəcək və Şimali Koreya tərəfində texniki problemləri istisna etmir.

Bundan əvvəl Şimali Koreyanın nüvə silahı daşımağa qadir olan “Haeil 2” strateji sualtı silahının sınağını keçirdiyi barədə məlumat verilmişdi.