Ən son xəbərlər:

09.04.2023/08:49/ Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötür

Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötür.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib ki, hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötür.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son on ildə tarixi maksimum həddə çatıb, – 30 milyard dolları ötüb”, – deyə Ustenko TASS-a Rada telekanalının efirində bildirib.

O qeyd edib ki, bu vəsait beş aydan artıq Ukraynaya idxalı ödəməyə kifayət edəcək.

Bundan əvvəl Ukrayna liderinin ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ukrayna prezidentini dəyişdirməli olduğu fikrini bildirib, çünki hazırkı dövlət başçısı Vladimir Zelenski korrupsiyanın öhdəsindən gələ bilmir.