Ən son xəbərlər:

09.04.2023/08:42/Akkuyu AES ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək

Akkuyu AES ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib ki, Rusiya ilə birgə hazırlanan Akkuyu atom elektrik stansiyası layihəsi ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək.

“Elektrik enerjisi istehsalına nüvə yanacağının gəlişindən bir il sonra başlanacaq. Bu, bir əsrin arzusu idi. Dörd enerji blokunun tikintisi başa çatdıqdan sonra onlar Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək”. Fatih Dönməz belə bildirib. Dönməz, enerji bloklarının tikintisinin bir il fərqlə tamamlanacağını deyib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin aprelin 27-də Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində videokonfrans vasitəsilə iştirak edə biləcəyini istisna etməyib.

Rosatom Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev Akkuyu AES üçün nüvə yanacağının 2023-cü ilin yazında Türkiyəyə çatdırılacağını təsdiqləyib.