Ən son xəbərlər:

09.04.2023/08:26/ İsrail və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

İsrail və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, İsrail və ABŞ müdafiə nazirləri Yoav Qalan və Lloyd Ostin telefonla Fələstin-İsrail qarşıdurması bölgəsindəki gərgin vəziyyəti müzakirə ediblər.

TASS İsrail hərbi idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “nazir Qalant nazir Ostini İsraildə baş verən son terror aktları dalğası barədə məlumatlandırıb”.

Qeyd olunur ki, Qalant Ostinə İsrailin gördüyü hərbi tədbirlərdən danışıb.

Bundan əvvəl Qəzza zolağından İsrailə 9 raket atıldığı, onlardan 4-nün tutulduğu bildirilmişdi.