Ən son xəbərlər:

09.04.2023/08:01/ Bayden və Sunak aprelin 11-də Şimali İrlandiyada görüşəcəklər

Bayden və Sunak aprelin 11-də Şimali İrlandiyada görüşəcəklər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak aprelin 11-də Belfastda ABŞ prezidenti Co Baydenlə görüşəcək. Bu barədə TASS Britaniya kanslerliyinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Baydenin səfəri Belfast sazişinin imzalanmasının 25-ci ildönümünə təsadüf edir.

“Belfast sazişi ölkəmizin tarixində inanılmaz bir an idi. Bu, insanların ağlasığmaz şeyi edə biləcəyinə və Şimali İrlandiya üçün daha yaxşı gələcək yarada biləcəyinə dair güclü və müstəsna bir nümunə oldu”, – Sunak açıqlamasında belə bildirib.

O qeyd edib ki, hökumət Şimali İrlandiyada həyat səviyyəsinin yaxşılaşdırılması üzərində işləmək niyyətindədir.

Bundan əvvəl Sunak Həmzə Yusifin Şotlandiyanın birinci naziri seçilməsi münasibətilə təbrik edib.