Ən son xəbərlər:

09.04.2023/06:48/ Pentaqondan məlumatların sızması Rusiya kəşfiyyatına Ukrayna Silahlı Qüvvələrinin planlarını üzə çıxarmağa kömək edəcək

Pentaqondan məlumatların sızması Rusiya kəşfiyyatına Ukrayna Silahlı Qüvvələrinin planlarını üzə çıxarmağa kömək edəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Pentaqondan məlumatların sızması Kiyev və Vaşinqton üçün baha başa gələ bilər, çünki onun sayəsində Rusiya kəşfiyyatı Ukrayna Silahlı Qüvvələrinin vəziyyəti və Ukrayna Baş Qərargahının niyyətləri barədə qiymətli məlumatlar əldə edə bilər.

Bu barədə Amerikanın “The War Zone” portalı səlahiyyətli mənbəyə – vəzifə yerinə yetirərkən bu cür materiallarla məşğul olan ABŞ xüsusi təyinatlılarının keçmiş yüksək rütbəli zabitinə istinadən yazır.

O, nəşrə bildirib ki, sosial şəbəkələrdə gördüyü sənədlər böyük ehtimalla orijinaldır. Ekspert əmindir ki, dərc edilən məxfi məlumatlar Rusiya kəşfiyyatına Ukrayna rəhbərliyinin hərbi planları haqqında daha ətraflı təsəvvür əldə etməyə kömək edəcək.

Xatırladaq ki, daha əvvəl Amerikanın “The New York Times” qəzeti Pentaqonun Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini və ABŞ və NATO-nun onları gücləndirmək proqramlarını təsvir edən internetdə məlumat sızması ilə bağlı araşdırması barədə məlumat yayıb.