Ən son xəbərlər:

16.03.2023 / 07:43 / Yaponiya və Cənubi Koreya Şimali Koreyanın tam nüvəsizləşdirilməsini müzakirə edəcəklər

Yaponiya və Cənubi Koreya liderləri Tokioda Şimali Koreyanın tam nüvəsizləşdirilməsini müzakirə edəcəklər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki,  KXDR-nin tam nüvəsizləşdirilməsi məsələsi martın 16-da Yaponiya və Cənubi Koreya liderlərinin Tokioda keçiriləcək sammitində müzakirə olunacaq. Bu barədə Yaponiya hökumətinin baş katibi Hirokazu Matsuno bildirib.

Yaponiya və Koreya Respublikası liderlərinin sammitində Şimali Koreyanın tam nüvəsizləşdirilməsi üçün Yaponiya və Cənubi Koreyanın, eləcə də Yaponiya-Cənubi Koreya-ABŞ-ın əməkdaşlığını təsdiq etmək istəyirik, – Hirokazu Matsuno belə bildirib.

Matsuno həmçinin Şimali Koreyanın Yaponiyanın və regionun təhlükəsizliyini təhdid edən raket buraxılışlarını qəbuledilməz adlandırıb.

Bundan əvvəl Yaponiya KXDR-ə kəskin etirazını bildirib və qitələrarası ballistik raketin buraxılmasını kəskin tənqid edib.