Ən son xəbərlər:

08.03.2023 / 11:11/ Rusiyada 6,1 bal gücündə zəlzələ baş verib

Rusiyada 6,1 bal gücündə zəlzələ baş verib.

xeberaz.info-nun məlumatına görə Rusiyada, Kamçatkanın cənubunda 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya KİV-ləri Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin regional bölməsinin məlumatına istinadən xəbər verir.

Verilən məlumatlara görə, yeraltı təkanlar Sakit Okeanda, yarımadanın cənub tərəfində, Petropavlovsk-Kamçatskidən 340 kilometr aralıda, 58,8 kilometr dərinlikdə baş verib.

Yerli sakinlər seysmik hadisəni çərşənbə günü axşam, martın 8-də hiss ediblər. Təkan iki dəfə hiss olunub, ikinci daha güclü olub, evlərdə çilçıraqlar yellənib.

Bundan əvvəl martın 6-da İnquşetiyanın Nazran rayonunda 2,2 bal gücündə zəlzələ qeydə alınıb. Hadisə nəticəsində ölən, yaralanan və dağıntı olmayıb.