Ən son xəbərlər:

25.10.2022/22:57/Göygöldə “Şirin Aqro” QSC tərəfindən salınmış meyvə bağına baxış keçirilib

Göygöl rayonunun Qızılca kəndinin ərazisində yerləşən “Şirin Aqro” QSC tərəfindən salınmış intensiv meyvə bağına Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən baxış keçirilib.

Baxış zamanı bu meyvə bağının 260,0 hektar ərazidə salınması barədə İcra Hakimiyyətinin başçısına məlumat veriblər.

İllik istehsal gücü 8 min ton meyvə istehsalı nəzərdə tutulan bu bağda 100 nəfərin məhsul yığımı zamanı daimi, 600 nəfərin isə mövsümü işə cəlb  olunması nəzərdə tutulur.