Ən son xəbərlər:

24.10.2022/16:02/ «Arsenal» ın yarımmüdafiəçisi Azərbaycan millisinin oyunçusu ola bilər

Tulanın «Arsenal»  futbol klubunun yarımmüdafiəçisi Kamran Əliyev Azərbaycan millisində çıxış etmək imkanını nəzərdən keçirir.

24 yaşlı yarımmüdafiəçi gələn ilin martında başlayacaq 2024-cü il Avropa çempionatı üçün təsnifat mərhələsində Azərbaycan komandasında çıxış etməyə başlaya bilər.

Daha əvvəl Kamran Əliyevin «Neftçi» nin oyunçusu ola biləcəyi bildirilmişdi. Bu mövsümdə yarımmüdafiəçi Rusiya birinciliyində «Arsenal» da 11 oyun keçirib, iki qol vurub.