Ən son xəbərlər:

20.10.2022/21:14/ Ronaldo Premyer Liqa matçının 90-cı dəqiqəsində soyunma otağına getdiyinə görə tənqid olunub

Oyunun sonuna qədər etiyat oyunçular skamyasında əyləşən Ronaldo Premyer Liqa matçının 90-cı dəqiqəsində soyunub geyinmə  otağına getdiyinə görə tənqid olunub. Ingiltərə yığmasının sabiq oyunçusu Danny Mills 90-cı dəqiqədə Ronaldonun matçdan nümayişkar şəkildə çıxıb getməsini biyabırçılıq adlandırıb.

Ingiltərənin yığmasının sabiq müdafiəçisi Danny Mills «Mançester Yunayted» in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu Ingiltərə Premyer Liqası matçında soyunma otağına getdiyinə görə tənqid edib. «Fox News» Sky Sports onun sözlərinə istinadən belə yazır.

Forvard mövsümdə ikinci dəfə bütün görüşü ehtiyat skamyada keçirib. Lakin «Tottenhem» lə oyunun 90-cı dəqiqəsində nümayişkar şəkildə soyunub-geyinmə  otağına gedib. “Düşünürəm ki, bu komandaya, məşqçiyə və azarkeşlərə hörmətsizlikdir. O, özünü klubdan üstün tutur”, – deyə Mills bildirib. O, portuqaliyalının hərəkətlərini tam biyabırçılıq adlandırıb.