Ən son xəbərlər:

20.10.2022/00:28/ İsa Rüstəmov 3 qızıl medalla Avropa Birinciliyinin qalibi oldu!

20-23 yaşa qədər  gənclər arasında Albaniyanın Dürres şəhərində  keçirilən ağır atletika üzrə Avropa birinciliyində  37 ölkədən 416 atlet iştirak etmişdir.

Azərbaycanlı idmançı goranboylu İsa Rüstəmov  67 kq çəki dərəcəsində birdən ağırlıq qaldırma hərəkətində 131 kq nəticə ilə rəqiblərini üstələyib və qızıl medal əldə edib. O, təkanla ağırlıq  qaldırma hərəkətində də 162 kq nəticə ilə qızıl medala sahib çıxıb. Toplam 293 kq (131+162) nəticə göstərən İsa Rüstəmov yekun sıralamada da hamıdan güclü olub və qızıl medala layiq görülüb.