Ən son xəbərlər:

14.10.2022/21:13/ “Kəpəz” futbol klubunun rəhbərliyi, məşqçilər korpusu və futbolçuları erməni terroru qurbanlarının xatirə kompleksində olublar

xeberaz.info gencexeber.az saytına istinadən bildirir ki, Gəncənin “Kəpəz” futbol klubunun  rəhbərliyi, məşqçilər korpusu və futbolçuları  Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində şəhid olan mülki əhalinin xatirəsinə ucaldılmış xatirə kompleksini ziyarət ediblər.

Komandanın üzvləri legionerlərə mülki əhaliyə qarşı törədilən erməni terroru hadisələri ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, evləri terrordan zərər çəkənlər arasında bu ərazidə yaşayan “Kəpəz” KFK veteran futbolçuları da olub. Raket atışları zamanı şəhər stadionu da zərər görüb.

İştirakçılar ehtiram əlaməti olaraq xatirə löhvəsinin və dağılmış evlərin ətrafına gül dəstələri düzmüş və memorial kompleksində olan məktəblilərlə xatirə şəkilləri  çəkdirmişlər.