Ən son xəbərlər:

12.10.2022/20:49/ Göygöldə 1953-cü ildə istismara verilmiş kanal təmir olunur

Göygöl Suvarma Sistemləri İdarəsinin balansında olan “Ərəbli” kanalı 1953-cü ildə istismara verilmişdir. “Ərəbli” kanalının suvarma əhatəsində 925 hektar əkin sahələri vardır. Kanalın uzunluğu 25.3 km, su buraxma qabiliyyəti maksimum 2.5 m3/san, normal 0.8 m3/san-dir.

Uzun müddət kanalda təmir işləri getməməsi səbəbindən təmir- bərpa işlərinin aparılmasına ehtiyac yaranmışdır. Ərəbli kanalının 6 km hissəsi beton üzlüyə alınmış, qalan 19.3 km hissəsi isə torpaq məcralı olaraq qalmışdır. Nəticədə kanaldan ötürülən suvarma suyunun itkisiz sahələrə çatdırılması üçün daha 2 km hissəsinin beton üzlüyə alınması zərurəti yaranmışdır.

Bu məqsədlə Göygöl Suvarma Sistemləri İdarəsi 10  sentyabr 2022-ci il tarixidən etibarən “Ərəbli” kanalının beton üzlüyə alınması işlərinə start vermişdir.  Bununla da kanal vasitəsi ilə ötürülən suvarma suyunun sahələrə itkisiz və vaxt baxımından daha tez çatdırılması üçün zəmanət yaranmışdır.

Bu istiqamətdə işlər davam etdirilir.