Ən son xəbərlər:

12.10.2022/19:36/ Qlobal tənəzzül neftin 1 barelini 60 dollara endirəcək

Dünya iqtisadiyyatında dərin tənəzzül gedəcəyi halda 2023-cü ilin ortalarına Brent markalı neftin qiyməti bir barel üçün 60 dollara enə bilər. Makroiqtisadi göstəricilər zəiflədikdə, lakin «konstruktiv fundamental amillər» qorunduqda o, bir barel üçün 90-95 dollar səviyyəsində qalacaq və ən əlverişli ssenari ilə Brent markalı neftin bir barreli  115-120 dollar dəyərində olacaq.

«Neftin qiymətinin eyni səviyyədə saxlanılması faydasız bir işdir», – Bloomberg  RBS-in analitik qeydindən sitat gətirir.

Oktyabrın 11-də BVF dünya iqtisadiyyatının perspektivlərinin pisləşəcəyini proqnozlaşdırıb. Təşkilatın hesablamalarına görə qlobal maliyyə sisteminin çökmə riskləri kritik səviyyələrə çatıb. Artıq neft bazarında iqtisadi tənəzzüldən narahatlıq yaranıb ki, bu da OPEC +-ı noyabr ayından etibarən hasilatın azalmasına  qayıtmağa məcbur edib.

Bu qərar qısamüddətli və orta müddətdə Brent-in qiymətini artıracaq, amerikanın Citigroup bankının analitikləri belə güman edirlər.   Onlar öz proqnozlarını artırdılar və indi isə neftin  1 barelinin bu ilin dördüncü rübündə orta hesabla 97 dollar, 2023-cü ildə isə 88 dollar dəyərində olacağını gözləyirlər. 2024-cü il üçün bir barel üçün orta müddətli proqnozla 75 dollara qaldırılıb. Bundan sonra Brent bir barel üçün orta hesabla 65 dollara satılacaq.