Ən son xəbərlər:

11.10.2022/23:20/ «Yuventus» «Makkabi»yə 0:2 hesabı ilə məğlub oldu

Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Hayfanın «Makkabi» komandası ilə «Yuventus» arasında oyun keçirilib. Komandalar Israilin «Sammi Ofer» stadionunda qarşılaşmışlar. Qarşıdurma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Hesabı yeddinci dəqiqədə Ömer Atzili Pyer Kornunun ötürməsindən sonra açıb. 42-ci dəqiqədə Atzili dubl edib. Ona Frandi Pierro assisentlik edib.

H qrupunda İsrailli komanda sonuncu yeri tutur. Hayfa klubu dörd oyunda üç xal toplayıb. «PSJ» qrupda liderdir. Fransanın paytaxtından olan komanda iki qələbə qazanıb və bir dəfə heç-heçə edib. «Köhnə sinyora» üç xalla üçüncü pillədə yerləşir.