Ən son xəbərlər:

10.10.2022/22:47/ Dünya Bankı və BVF 2023-cü ildə dünya tənəzzülü riski barədə xəbərdarlıq edib

Dünya miqyasında maliyyə itkiləri 2026-cı ilə qədər 4 trilyon dollar təşkil edəcək, -bu barədə Dünya bankının başçısı Devid Malpass və BVF-in rəhbəri Kristalina Georgiyeva xəbərdarlıq ediblər.

Malpassın fikrincə, qlobal tənəzzül 2023-cü ildə başlayacaq. “Avropada iqtisadiyyatın inkişaf etməsi səngiyir. Görək 2023-cü ildə bu hansı səmtə gedəcək “, – deyə onun sözlərini kp.ru. saytı sitat gətirir.

Georgiyeva həmkarının baxışı ilə razılaşıb. O da, Malpass kimi hesab edir ki, dünya iqtisadiyyatının üçdə bir hissəsi ən azı ardıcıl olaraq iki rüb artım sürətinin azalmasını  yaşayır.

Bundan əvvəl Dünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-Iveala dünya iqtisadiyyatının tənəzzülə uğradığını bildirmişdi.