Ən son xəbərlər:

10.10.2022/20:37/ Təbii su hövzələrinə balıq körpələri buraxılır

Su hövzələrində balıq populyasiyasının artırılmasına, ekosistemin qorunmasına və su bioresurslarının bərpasına töhfə vermək məqsədilə Şəmkir və Yenikənd su anbarlarına balıq körpələri buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, balıqartırma zavodlarında yetişdirilən 200 000 çəkikimi balıq körpəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, yerli icra hakimiyyəti əməkdaşlarının və məktəblilərin iştirakı ilə Şəmkir və Yenikənd su anbarlarına buraxılıb.

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.

“Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə təbii su hövzələrinə balıq buraxılışı oktyabr ayının sonunadək davam edəcək”.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynaĺlı tədbirdə yaxından iştirak edib.