Ən son xəbərlər:

01.10.2022/23:35/Braziliyalı forvard karyerasını Azərbaycanda davam etdirə bilər

Braziliyalı forvard Rafael Furtado karyerasını futbol üzrə Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Xeberaz.info –azersport.com-a istinadən bildirir ki, 22 yaşlı hücumçu artıq bir sıra ölkələrdən, o cümlədən Azərbaycandan gələn təkliflərə görə Braziliyanın «Santa Kruz» klubu ilə müqaviləni uzatmaqdan imtina edib. Onun hazırkı müqaviləsinin müddəti gələn noyabr ayında başa çatacaq. (Folhape)