Ən son xəbərlər:

09.12.2022/08:40/ Luis de la Fuente İspaniya millisinin yeni baş məşqçisi təyin edilib

İspaniya Kral Futbol Federasiyası Luis de la Fuentenin ölkə milli komandasının baş məşqçisi təyin olunduğunu elan edib, – təşkilatın saytı bu barədə xəbər verir.

61 yaşlı mütəxəssis buna qədər gənclər yığmasına rəhbərlik edib. De la Fuentenin rəhbərliyi altında İspaniya yığması 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.

İspaniyanın əvvəlki baş məşqçisi Luis Enrike dekabrın 8-də Qətərdə keçirilən dünya çempionatının 1/8 finalında Mərakeşə uduzduqdan sonra istefa verib.