Ən son xəbərlər:

30.09.2022/4:53/«PSJ»nin Lionel Messiyə təklif etdiyi müqavilə şərtləri məlum oldu

«PSJ» hücumçu Lionel Messiyə yeni müqavilə şərtləri təklif edib.Mənbənin məlumatına görə, Fransa klubu argentinalı forvardın müqaviləsini 1 + 1 sxemi ilə uzatmağı təklif edib. Messinin maliyyə şərtləri indiki 30 milyon avro səviyyəsində qalacaq.

Qeyd olunur ki, Messi «PSJ»nin təklifini araşdıracaq.

Əvvəllər bildirilirdi ki, Messi parislilərlə müqaviləni yeniləməyi planlaşdırmır. Futbolçu«Barselona»ya daha çox maraq göstərir.

Messi 2021-ci ildən parislilərin komandasında çıxış edir. Hücumçunun klubla müqaviləsinin 2023-cü ilə qədər uzadılması nəzərdə tutulub.

Fransa çempionatının bu mövsümündə Messi səkkiz matçda iştirak edərək  dörd qol vurub və yeddi məhsuldar ötürmə edib. Çempionlar Liqası çərçivəsində iki matçdan sonra argentinalının hesabında bir qol və bir məhsuldar ötürmə var.