Ən son xəbərlər:

18.03.2024/19:53// NATO-nun baş katibi Yens Stoltenberq 2019-cu ildən bəri ilk dəfə Gürcüstanın paytaxtına gəlib

NATO-nun baş katibi Yens Stoltenberq 2019-cu ildən bəri ilk dəfə Gürcüstanın paytaxtına gəlib

NATO-nun baş katibi son 5 ildə ilk dəfə Tbilisiyə səfər edir. Bu barədə “Novosti-Georgia” xəbər yayıb.

Stoltenberq Tbilisidə keçirdiyi mətbuat konfransında Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, Rusiyanı Abxaziya və Tsxinvali bölgəsində özünü elan etmiş “respublikaların” müstəqilliyinin tanınmasını geri götürməyə çağırıb.

NATO-nun baş katibi onu da qeyd edib ki, 2008-ci ildə NATO-nun Buxarest sammitinin qərarı Gürcüstanın gələcəkdə NATO üzvü olacağı anlamına gəlir, lakin bu yolda irəliləyiş üçün Gürcüstanın qanunun aliliyi sahəsində islahatlar aparması, şəffaf parlament seçkiləri, azad və hüquq normalarını təmin etməsi vacibdir.

Stoltenberq “Qafqaz turu” çərçivəsində əvvəlcə Bakıya gəlib, oradan Gürcüstana səfər edib və martın 19-da İrəvana gedəcək.

Gürcüstan NATO ilə fəal tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və Alyansa üzv olmaq arzusunu bəyan edir. Fevral ayında Stoltenberq ilk dəfə Gürcüstanın yeni baş naziri İrakli Kobaxidzeni Alyansın mənzil-qərargahında qəbul edib.