Ən son xəbərlər:

15.03.2024/17:19//ABŞ İordan çayının qərb sahilində məskunlaşan israillilərə qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İordan çayının qərb sahilində məskunlaşan israillilərə qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ Dövlət Departamenti İsrailin işğalı altında olan İordan çayının qərb sahilində daha bir neçə israilli məskunlaşana qarşı sanksiyalar elan edib. Bu barədə CNN məlumat yayıb.

Daha üç israilli köçkün və İordan çayının qərb sahilindəki iki əlaqəli ferma ABŞ sanksiyaları altındadır. Bu, ABŞ prezidentinin yerli Fələstin əhalisinə qarşı aqressiv davranan və bununla da regionda gərginliyi artıran israilli köçkünlərə qarşı tədbirlər haqqında imzaladığı fərmanın davamı olaraq baş verib.

ABŞ-ın fikrincə, söhbət bu israillilərin yerli fələstinlilərə və onların israilli insan haqları müdafiəçilərinə qarşı hədə-qorxu və hücumlarından gedir. İsrailli köçkünlərin fələstinlilərin öz torpaqlarından istifadə etməsinə mane olması halları olub.

Sanksiyaları açıqlayan Dövlət Departamentinin spikeri Metyu Miller HƏMAS-ın İsrailə hücumundan sonra İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən hücumların əhəmiyyətli dərəcədə artdığını qeyd edib.