Ən son xəbərlər:

14.03.2024/15:55// Rusiyada keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri martın 18-də günün birinci yarısında açıqlanacaq

Rusiyada keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələri martın 18-də günün birinci yarısında açıqlanacaq

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova martın 18-də günün birinci yarısında Rusiyada keçirilən prezident seçkilərində səsvermənin ilkin nəticələrini açıqlayacaq. Bu barədə TASS-da keçirdiyi mətbuat konfransında Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü İqor Borisov məlumat verib.

İlkin olaraq, bazar ertəsi 18 mart nahardan əvvəl Ella Aleksandrovna ilkin səsvermənin nəticələrini elan edəcək. Biz məlumatları indi yeni platformada işləyən dövlət avtomatlaşdırılmış sistemi çərçivəsində alacağıq, – Borisov belə bildirib. O əlavə edib ki, komissiya ilk nəticələrini martın 17-də saat 21:00-da verəcək.

Yekun nəticələr Rusiya Federasiyasının təsis qurumlarının protokollarının ilk nüsxələrinin bütün formaları MSK-ya verildikdən sonra yekunlaşacaq, – Borisov belə qeyd edib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15, 16 və 17-də keçiriləcək. Seçkilərdə dörd namizəd iştirak edəcək: hazırkı dövlət başçısı Vladimir Putin, Dövlət Dumasının deputatları Vyaçeslav Davankov,  Nikolay Xaritonov və Leonid Slutski.