Ən son xəbərlər:

13.03.2024/16:10/Rumıniya prezidenti NATO baş katibi seckilərində iştirakını rəsmən açıqladı

Rumıniya prezidenti NATO baş katibi seckilərində iştirakını rəsmən açıqladı

Martın 12-də Rumıniya prezidenti Klaus İohannis Şimali Atlantika Alyansının baş katibi seçkilərində iştirakını rəsmən elan edib. Bu barədə o, mətbuat konfransında jurnalistlərə bildirib.

İohannis xatırladıb ki, Rumıniya NATO üzvü olduğu iyirmi ildən artıq müddətdə öz öhdəliklərini yerinə yetirmək qabiliyyətini sübut edib və ÜDM-in 2,5%-ni müdafiəyə ayırır.

Rumıniya Prezidenti vurğulayıb ki, NATO öz missiyasına yeni baxış tələb edir və Şərqi Avropa Alyans çərçivəsində müzakirələrə və qəbul edilən qərarlara dəyərli töhfə verməlidir. Mən hesab edirəm ki, ölkəmizin Avro-Atlantik liderlik strukturları çərçivəsində daha da böyük məsuliyyət götürməsinin vaxtı çatıb,- İohannis belə bildirib.